İordaniyanın cənubunda yerləşən Kərak əyalətində kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.
APA xəbər verir ki, bu barədə İordaniyanın səhiyyə naziri İbrahim əl-Bədura məlumat yayıb.
Nazirin sözlərinə görə, yaralılardan daha iki nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 9-a yüksəlib. Daha 25 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.
Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
23 oktyabr
16:22
***
İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib.
“Al Arabiyya”nin xəbərinə görə, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb.
Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb.
Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.