İran ABŞ-la danışıqların yekunlarına əsasən 12 milyard dollarlıq aktivlərin dondurulmasının ləğvinə başlanıldığını bəyan edib.
APA-nın xəbərinə görə, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, aktivlərin dondurulmasının ləğvi ilə bağlı razılaşmanın icrası praktiki mərhələyə keçir.
Onun sözlərinə görə, vəsait hər biri 6 milyard dollar olmaqla iki tranşla ayrılacaq.