Bank Of Baku

İran-ABŞ danışıqlarının ikinci mərhələsinin gələn həftə keçirilməsi gözlənilir

İran-ABŞ danışıqlarının ikinci mərhələsinin gələn həftə keçirilməsi gözlənilir
# 13 fevral 2026 19:42 (UTC +04:00)

İran ilə ABŞ arasında danışıqların ikinci mərhələsinin gələn həftə keçirilməsi gözlənilir.

APA xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, hələ ki, rəsmi tarix müəyyən edilməyib.

Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib. İran tərəfdən danışıqlara xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfdən Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.

Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüş olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR