İran ABŞ prezidenti Donald Trampın da işarə etdiyi vasitəçi ölkələr vasitəsilə Vaşinqtonla intensiv danışıqlar apardığını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
O bildirib ki, danışıqların nəticəsi Vaşinqtonun siyasi uzaqgörənliyindən asılıdır.
Diplomat Tehranın həm hərbi cavab verməyə, həm də münaqişənin diplomatik yolla həllinə hazır olduğunu vurğulayıb.