Bank Of Baku

İran hökumətinin sözçüsü: Tehranın Trampa cavabı ABŞ-a çatdırılıb

Fatimeh Mohacerani, İran hökumətinin sözçüsü

© APA | Fatimeh Mohacerani, İran hökumətinin sözçüsü

# 30 mart 2025 11:42 (UTC +04:00)

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani X–da paylaşım edib.

Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir: “Diplomatik proses davam edir”.

Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR