Bank Of Baku

İran Qəzza zolağına humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb

İran Qəzza zolağına humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb
# 22 oktyabr 2023 23:34 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan misirli həmkarı Sameh Şükri ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Teleqram kanalında məlumat yayılıb.

Abdullahiyan ölkəsinin Qəzza zolağının sakinlərinə Misir vasitəsilə humanitar yardım göndərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, Şükri İranın humanitar yardım göndərmək istəyini alqışlayıb.

Misirin baş diplomatı Fələstin məsələsində İran və ölkəsi də daxil olmaqla İslam və ərəb ölkələri arasında məsləhətləşmələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR