İran təkmilləşdirilmiş “Kərrar” pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.
APA xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, “Kərrar” əvvəllər də uğurla sınaqdan keçirilib və artıq “Məcid” qısa mənzilli “hava-hava” tipli raketlə təchiz edilib.
Əvvəlki modellərlə müqayisədə PUA-nın taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilib, onun silahlarla təchiz olunma səviyyəsi artırılıb.