Bank Of Baku

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
# 12 sentyabr 2026 21:41 (UTC +04:00)

İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib.

Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.

Bildirilib ki, razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq məqsədilə toplantıda iştirak edəcəklər.

Razılaşmaya əsasən, Hörmüz boğazından Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularını əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR