İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyruta səfəri çərçivəsində “Hizbullah” lideri şeyx Həsən Nəsrullahla görüşüb.
APA xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.
Danışıqlar zamanı Abdullahian və Nəsrullah Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
Tərəflər HAMAS-ın İsrailə hücumundan sonra “hansı mövqeni tutmalı olduqları barədə” məsləhətləşmələr aparıblar.