Bank Of Baku

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri Abbas Əraqçi

© APA | İran XİN rəhbəri Abbas Əraqçi

# 17 oktyabr 2026 16:29 (UTC +04:00)

Hörmüz boğazının açılması üçün ABŞ-a yeddi günlük plan təqdim etmişik, indi seçim onlarındır.

“Tasnim”in xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi dialoq yolunun açıq saxlanılmasının zəiflik yox, məsuliyyət hissi olduğunu qeyd edib.

“Qətər vasitəsilə ABŞ-a yeddi günlük plan təqdim etmişik. Bildirmişik ki, lazımi şərtlərin yerinə yetiriləcəyi təqdirdə, Hörmüz boğazı açıla bilər və gəmilərin gediş-gəlişi yeddi gün ərzində adi qaydasına qayıda bilər. İndi, seçim ABŞ-ındır”, - Əraqçi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR