Bank Of Baku

İran XİN sözçüsü: ABŞ əsassız tələblərində israr edir

İran Xarici İşlər Nazirinin sözçüsü İsmayıl Bəqai

© APA | İran Xarici İşlər Nazirinin sözçüsü İsmayıl Bəqai

# 11 may 2026 11:27 (UTC +04:00)

İranın tələbləri regionda müharibənin dayandırılması, dəniz blokadasına son qoyulması, eləcə də əsassız şəkildə dondurulmuş İran aktivlərinin azad edilməsindən ibarət olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai deyib ki, Hörmüz boğazında təhlükəsiz və sərbəst keçid məsələsi, həmçinin Livan da daxil olmaqla, bütün regionda təhlükəsizlik kimi mövzular mühüm gündəm maddələri olub.

O qeyd edib ki, irəli sürülən tələblər təkcə İran üçün deyil, bütün region və dünya üçün məntiqli və qəbulolunan hesab edilə bilərdi.

Bəqainin sözlərinə görə, bütün bu məsələlərin təqdim olunan paket çərçivəsində müzakirə olunması nəzərdə tutulsa da, ABŞ əsassız tələblərində israr edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR