İranda 5,3 gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ ölkənin cənubunda, Bəndər-Abbas şəhəri yaxınlığında qeydə alınıb.
Dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.