Bank Of Baku

İranda Pezeşkianı dəstəkləyən siyasi fiqurlar həbs edilib

İslahat Cəbhəsi və Millətin birliyi partiyasının sədri Azər Mənsuri

© APA | İslahat Cəbhəsi və Millətin birliyi partiyasının sədri Azər Mənsuri

# 09 fevral 2026 11:22 (UTC +04:00)

İranda bir neçə nəfər ictimai-siyasi xadim həbs edilib.

APA İran mediasına istinadən xəbər verir ki, tutulanlar arasında İslahat Cəbhəsi və Millətin Birliyi partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadə və İslahat Cəbhəsinin mətbuat katibi Cəvad Emam var.

Onları təhlükəsizlik qüvvələri yaşadıqları ünvanlarda məhkəmə qərarı əsasında həbs edib, araşdırma aparılır.

Sözügedən şəxslər “milli birliyi hədəf almaqda, siyasi-ictimai nizamı pozmaqda, konstitusiyaya zidd mövqe tutmaqda, eyni zamanda, düşmən təbliğatı ilə eyni mövqeni bölüşməkdə” və s. digər ittihamlarla tutulublar.

Məlumata görə, İslahatçı Cəbhə Məsud Pezeşkianın prezident seçkilərində qalib gəlməsində mühüm rol oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR