Bank Of Baku

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
# 03 noyabr 2026 16:59 (UTC +04:00)

İsfahanda 4 polis əməkdaşının qətlində iştirak etməkdə ittiham olunan iki nəfər edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın məhkəmə hakimiyyəti bildirib ki, edam edilən şəxslər odlu və müxtəlif növ soyuq silahlarla silahlanaraq əhaliyə və təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Onlar binaları, polis bölməsini və ictimai obyektləri yandıraraq bölgədə qorxu və təhlükəsizlik mühitinin pozulmasına səbəb olublar.

Məhkəmə hakimiyyəti hadisənin bu ilin yanvarında İsfahanda baş verdiyini bildirib.

Qeyd olunub ki, edam edilən şəxslər İsfahanda törədilmiş cinayətin əsas iştirakçılarından olublar. Mövcud sənədlərə, məhkumların öz etiraflarına və digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən, onlar hadisə yerində silahlı şəkildə iştirak edib və çoxsaylı cinayətlər törədiblər.

Təqsirləndirilən şəxslərin kassasiya şikayətindən sonra hökmlər İranın Ali Məhkəməsində də araşdırılıb. Mövcud sübutlar və törədilmiş cinayətin ağırlığı nəzərə alınaraq hökmlər Ali Məhkəmənin hakimləri tərəfindən təsdiqlənib və bu gün səhər icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR