Bank Of Baku

İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib

İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
# 12 sentyabr 2026 02:47 (UTC +04:00)

İraq hökuməti Səudiyyə Ərəbistanı ərazisindəki obyektə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatla çıxış edib.

APA xəbər verir ki, Nazirlər Kabinetində krallığın təhlükəsizliyini təhlükə altına ala biləcək və ya iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə zərər vura biləcək hər hansı təcavüz aktının qəbuledilməzliyi vurğulanıb.

İraqın Baş naziri Əli əl-Zaidi dərhal hücumun təfərrüatlarını araşdırmaq, təşkilatçıları müəyyən etmək və iştirakı olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş verib. Bağdadda bildirilib ki, İraq və onun dost dövlətlərlə əlaqələri üçün təhlükə yaradan addımlara "göz yumulmayacaq".

İraq tərəfi həmçinin Ər-Riyada konstruktiv reaksiyaya və təmkinə görə minnətdarlığını bildirib. Bağdadda qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi onun regionda sabitliyi və təhlükəsizliyi dəstəkləmək istəyini təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR