Livanın ərazisindən İsrailin yenidən atəşə tutulması faktı qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Cavab olaraq təkrarən Livan ərazisinə tank və artilleriya atəşi açılıb.
***
18:33
İsrail Müdafiə Qüvvələri Livandan düşmənlərin sızması xəbərindən sonra ölkənin şimalındakı ərazinin təftişinə başlayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.
Həmçinin vurğulanıb ki, Livanla sərhəddə partlayış qeydə alınıb və Livan ərazisinə cavab olaraq artilleriya atəşi açılıb.