HAMAS-ın Əl-Qəssam Briqadaları hərbi qolunun komandiri Məhəmməd Əd-Deyfin evi İsrail Müdafiə Qüvvələrinin hücumuna məruz qalıb, onun ən yaxın qohumları həlak olub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Haaretz” məlumat yayıb.
Nəşr qeyd edir ki, İsrail Ordusu onun Xan Yunisdəki evinə hücum edib.
Onun atası, qardaşı, uşaqları və digər qohumları öldürülüb.
Komandirin özünün taleyi barədə məlumat verilmir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin Qəzza zolağında Əl-Furqan bölgəsində 200-dən çox hədəfə zərbələr endirdiyi bildirilib.
Fələstin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Mohammed Deif İsrailə qarşı hücumun arxasındadır və artıq 1000-dən çox ölkə sakininin həyatına son qoyub. “The Financial Times” yazır ki, İsrail kəşfiyyatı onu 20 ildən artıqdır ki, ovlayırdı.
Oktyabrın 7-də, İsrailə misli görünməmiş hücumun başlamasından cəmi bir neçə saat sonra, Deif tərəfindən edildiyi iddia edilən video çəkiliş internetdə yayımlandı. Alaqaranlıqda üzünü görmək çətin olan yaraqlı Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib. Onun sözlərinə görə, Həmas fələstinlilərə qarşı cinayətlərə və beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayan, lakin ABŞ və digər Qərb ölkələrinin dəstəyindən istifadə edən “işğalçıların orgiyası”na son qoymaq qərarına gəlib.