Bank Of Baku

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib
# 26 fevral 2025 03:32 (UTC +04:00)

İsrailin müdafiə naziri İsrael Katz Hərbi Hava Qüvvələrinin Suriyanın cənubundakı hədəfləri vurduğunu açıqlayıb.

APA xəbər verir ki, bu haqda məlumat “Ynet” portalında dərc olunub.

"Hərbi-hava qüvvələri hazırda Suriyanın cənubunu sakitləşdirmək üçün təyin etdiyimiz yeni siyasətin bir hissəsi kimi Suriyanın cənubuna fəal şəkildə hücum edir və mesaj aydındır: Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcəyik", - deyəo bildirib.

Qeyd edək ki, bundan əvvəl “Al Watan” qəzeti paytaxt Dəməşqin Dəra bölgəsində güclü partlayış olduğuna dair məlumat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR