Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 524 fələstinlini həbs edib.
APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən 330-dan çoxunun HAMAS-la əlaqəsi var.
Son sutka ərzində HAMAS-ın 63 üzvünün həbs olunduğu qeyd olunub.
IDF-nin məlumatına görə, son günlər İordan çayının qərb sahilində Müdafiə Qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub.
Fələstin dövlətinin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri ən azı 69 fələstinli İordan çayının qərb sahilində İsrail hərbi qüvvələri və bu ərazidə məskunlaşdırılan İsrail vətəndaşları tərəfindən öldürülüb.