Bank Of Baku

İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib

İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
# 24 iyun 2026 02:21 (UTC +04:00)

İsrail nümayəndə heyəti Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubundakı bəzi ərazilərdən qoşunların çıxarılmasına hazır olduğunu bildirib, eyni zamanda Livan ordusundan konkret addımlar atmağı tələb edib.

Bu barədə "Al Hadath" telekanalı amerikalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail tərəfi xüsusilə Nəbatiyyə yaxınlığındakı Əli ət-Tahir dağlıq ərazisinin “Hizbullah”ın yeraltı tunellər şəbəkəsindən təmizlənməsini istəyib.

Mərhələli qoşun çıxarılmasının Litani çayının şimal sahilindən, o cümlədən Nəbatiyyə, Kfar Tibnit və Livanın cənubunun qərb sektorundan başlanmasının mümkün olduğu qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR