Bank Of Baku

İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb aeroportlarına zərbə endirib

İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb aeroportlarına zərbə endirib
# 22 oktyabr 2023 09:10 (UTC +04:00)

İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb beynəlxalq aeroportlarına zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə SANA agentliyi Suriya Ordusuna istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər saat 05.25 radələrində İsrail eyni vaxtda Aralıq dənizindən və Colan təpələri istiqamətlərindən Dəməşq və Hələb beynəlxalq aeroportlarına raket zərbələri endirib.

Aeroportların uçuş-eniş zolaqları sıradan çıxıb. Aeroport əməkdaşlarından biri ölüb, biri isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR