Bank Of Baku

İsrail ordusu Qəzza zolağında irimiqyaslı əməliyyatlara hazırlaşır

İsrail ordusu Qəzza zolağında irimiqyaslı əməliyyatlara hazırlaşır
# 14 oktyabr 2023 21:05 (UTC +04:00)

İsrail ordusu Qəzza zolağında Fələstinin "HAMAS" terror təşkilatına qarşı irimiqyaslı əməliyyatlara hazırlaşır.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

“Hərbi əməliyyatlar geniş maddi-texniki təchizatla tamamlanır. Yüz minlərlə ehtiyatda olan hərbçi səfərbər edilib. Havadan, dənizdən və qurudan hərtərəfli və əlaqələndirilmiş hücumu əhatə edən geniş spektrli hücum əməliyyat planlarını həyata keçirmək planlaşdırılır”, - deyə mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR