Bank Of Baku

İsrail ordusu Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub

İsrail ordusu Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub
# 10 avqust 2025 01:46 (UTC +04:00)

İsrail hərbçiləri Suriyanın cənubundakı əl-Quneytra əyalətində bir neçə yaşayış məntəqəsinə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumatına görə, İsrail ordusunun bölmələri əl-Quneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəni zəbt edərək, nəzarət-buraxılış məntəqələri yaradıb və mülki şəxslərdə axtarışlar aparıb.

Beş hərbi texnikadan ibarət karvan İsrailin işğalı altında olan Colan təpələri ilə sərhəddə yerləşən ər-Rafid şəhərinə daxil olub.

Digər bir karvan isə vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə qəsəbəsinə doğru irəliləyib.

Hadisədən bir neçə saat sonra İsrail qüvvələri geri çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR