İsrail Müdafiə Qüvvələri Qəzza zolağında İslam Universitetinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.
"Qırıcı təyyarələr Qəzza zolağında terror təşkilatı HAMAS-a mühüm siyasi, hərbi güc mərkəzi, silahların hazırlanması və istehsalı üzrə tədris müəssisəsi kimi xidmət edən İslam Universitetinə zərbələr endirib.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında geniş hücum dalğalarını davam etdirir", - məlumatda bildirilib.