Paşha Bank
Bank Of Baku

İsrail XİN: “Flydubai” təyyarəsindəki hadisə terror aktına cəhd olub

İsrail XİN: “Flydubai” təyyarəsindəki hadisə terror aktına cəhd olub
# 30 sentyabr 2026 20:28 (UTC +04:00)

İsrailin Xarici İşlər Nazirliyi Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidenti terror aktına cəhd kimi qiymətləndirib.

APA xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.

İsrailin əldə etdiyi ilkin məlumata əsasən, pilotun təyyarəni sərnişinlərlə birlikdə yerə çırpmaq niyyətində olduğu ehtimal edilir.

Açıqlamaya görə, İsrail tərəfi hadisəni israilliləri, Birləşmiş Ərəb Əmirliklərini və “İbrahim razılaşmaları”nı hədəf alan terror hücumu cəhdi kimi qiymətləndirir.

XİN-in açıqlamasında təyyarədə olan israilli sərnişinlərin kabinəyə daxil olaraq pilotu zərərsizləşdirdiyi bildirilir. Onlar daha sonra təyyarənin idarəetməsinin uçuşda olan alternativ ekipaja qaytarılmasına kömək ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR