Bank Of Baku

İsrail XİN rəhbəri Qəzzada xəstəxanada partlayışla bağlı BMT baş katibinə müraciət edib

İsrail  xarici işlər nazir Eli Kohen

© APA | İsrail xarici işlər nazir Eli Kohen

# 18 oktyabr 2023 20:01 (UTC +04:00)

İsrailin xarici işlər naziri Eli Kohen Qəzzada xəstəxanada partlayışla bağlı BMT Baş katibi Anonio Quterreşə müraciət edib.

APA xəbər verir ki, bununla bağlı İsrail XİN başçısı "X" hesabında məlumat verib.

"Bu gün mən BMT-nin baş katibi Quterreşə müraciət edərək ondan Qəzzada xəstəxanada baş verən partlayışa görə Fələstin terror təşkilatlarının məsuliyyət daşıdığını açıq şəkildə elan etməsini tələb etdim.

Qəzza zolağındakı terror təşkilatları Qəzza sakinlərini qətlə yetirir və bundan sinik şəkildə istifadə edərək İsraili günahlandırırlar.

BMT dərhal açıqlama verməli və dinc əhaliyə qəsdən atəş açan və günahsız insanları qətlə yetirən İslami Cihadını pisləməlidir", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR