İsrailin Ramat-Qan bölgəsində sərnişin avtobusu binaya çırpılıb.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, nəticədə biri ağır olmaqla, 10 nəfər xəsarət alıb.
Məlumata görə, avtobusun sürücüsü əyləc əvəzinə qaz pedalına basıb, nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma davam edir.