İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyib

İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyib
# 16 may 2025 21:54 (UTC +04:00)

İsrail Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının hücumlarına cavab olaraq zərbələr endirməyə davam edəcək və hərəkatın lideri Əbdülməlik əl-Husini məhv etməyə hazırdır.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

"Dediyimiz kimi, husilər İsrailə raket atmağa davam etsələr, ağır zərbələr alacaqlar. Qəzzada əl-Deyfi və Sinvarı, Beyrutda Nəsrullahı və Tehranda Həniyəni vurduğumuz kimi terrora rəhbərlik edənləri də vuracağıq. Yəməndə də Əbdülməlik əl-Husini ovlayacaq və məhv edəcəyik. Biz özümüzü istənilən hücuma qarşı müdafiə edəcəyik.", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR