Bank Of Baku

İsrailin Qəzzaya hücumu nəticəsində HƏMAS sözçüsü öldürülüb

İsrailin Qəzzaya hücumu nəticəsində HƏMAS sözçüsü öldürülüb
# 27 mart 2025 07:38 (UTC +04:00)

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.

APA xəbər verir ki, bu haqda “Reuters” hərəkatın nəzarətində olan əl-Əqsa telekanalına istinadən məlumat yayıb.

“əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.

“əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR