Bank Of Baku

İsrailin təhlükəsizlik naziri atəşkəsə görə istefa verib, partiyası hakim koalisiyadan çıxıb

İtamar Ben-Qvir

© APA | İtamar Ben-Qvir

# 19 yanvar 2025 13:17 (UTC +04:00)

Qəzzada atəşkəs razılaşmasına görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib, Otzma Yehudit Partiyası hakim koalisiyadan çıxıb.

APA-nın xəbərinə görə, bu barədə Otzma Yehudit Partiyası bəyanat yayıb.

Partiyanın hökumətdə təmsil olunan digər iki üzvü - irs naziri Negev, Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlauf da istefa verib.

Qeyd edək ki, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq kimi qiymətləndirərək tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.

Partiyanın bəyanatında qeyd edilib ki, HƏMAS-la razılaşma İsrail Ordusunun müharibədə çətinliklə əldə etdiyi nailiyyətləri yox edir, Qəzzadan çəkilməyi nəzərdə tutur və döyüşləri HƏMAS-a təslim olmaq kimi başa çatdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR