Bank Of Baku

Katz: İran İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə bilər

İsrailin müdafiə naziri- İsrael Katz

© APA | İsrailin müdafiə naziri- İsrael Katz

# 21 oktyabr 2026 18:45 (UTC +04:00)

“Son günlərdə düşmənlərimiz, əsasən da İran və onun proksiləri tərəfindən İsraildə seçkilərə təsir göstərəcək hücumların həyata keçirilməsi cəhdlərini müşahidə edirik”.

“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri Israel Katz deyib.

O, İran hakimiyyətinin özünün ən zəif nöqtəsində olduğunu, buna görə də Tehranın ifrat addımlar ata biləcəyini bildirib.

“Əgər İran İsrailə hücum edərsə, İran yanacaq”, - Katz vurğulayıb.

Katz bir daha İsrailin Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çıxmayacağını bəyan edib.

Müdafiə naziri növbəti dəfə Hizbullaha xəbərdarlıq edib. O qeyd edib ki, əgər Hizbullah İrana qoşularaq İsrailə hücum edərsə, ən ağır zərbələri alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR