Bank Of Baku

KİV: ABŞ Qəzza yaxınlığında hərbi baza tikməyi planlaşdırır

KİV: ABŞ Qəzza yaxınlığında hərbi baza tikməyi planlaşdırır
# 11 noyabr 2025 12:56 (UTC +04:00)

ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Ynetnews” adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, planlaşdırılan bazanın tikinti xərclərinin 500 milyon dollar olacağı ehtimal edilir.

Məlumata görə, bazada bir neçə min nəfərdən ibarət olacaq ABŞ hərbçiləri İsrail və HAMAS arasında atəşkəs rejimini nəzarətdə saxlamaq missiyası daşıyacaqlar.

Qeyd edək ki, layihə baş tutsa, bu, İsrail ərazisində ABŞ-a məxsus ilk genişmiqyaslı hərbi mövcudluq kimi tarixə düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR