Çinin xarici işlər naziri Van İ bu həftə Vaşinqtona səfər edəcək.
APA xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi Çin Xalq Respublikasının sədri Si Cinpinlə ABŞ Prezidenti Co Baydenin San Fransisko sammitinə hazırlıq prosesini müzakirə etməkdir.