Bank Of Baku

KİV: Çinin XİN rəhbəri növbəti həftə Hindistana gedəcək

Çinin xarici işlər naziri- Vanq Yi

© APA | Çinin xarici işlər naziri- Vanq Yi

# 14 avqust 2025 18:13 (UTC +04:00)

Çin XİN rəhbəri Vanq Yi növbəti həftə Yeni Dehliyə səfər edəcək və Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüş keçirəcək.

APA xəbər verir ki, bu barədə iki anonim mənbə “Reuters”-ə məlumat verib.

Qeyd olunub ki, tərəflər sərhədboyu bölgədə mübahisəli ərazilər barədə müzakirələr aparacaqlar.

Əlavə olaraq, Hindistanın Baş naziri Narendra Modi bu ayın sonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edəcək.

Onun bu səfəri Hindistan Baş nazirinin son 7 il ərzində Çinə ilk səfəri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR