Paşha Bank
Bank Of Baku

KİV: Dubaydan Təl-Əvivə uçan təyyarənin pilotları Rusiya və Ukraynadan olmayıb

KİV: Dubaydan Təl-Əvivə uçan təyyarənin pilotları Rusiya və Ukraynadan olmayıb
# 30 sentyabr 2026 13:31 (UTC +04:00)

Dubay–Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” aviaşirkətinin təyyarəsində baş verən insident zamanı sərnişinlərin təhlükə ilə üzləşməsinə səbəb olan pilotun Oman, təyyarənin komandirinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, pilotların Rusiya və Ukrayna vətəndaşları olması barədə yayılan əvvəlki məlumatlar təsdiqlənməyib.

Qeyd edək ki, “Flydubai”nin FZ1073 saylı reysi uçuş zamanı pilotlar arasında baş verən fiziki qarşıdurmadan sonra təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönləndirilib və oraya təhlükəsiz eniş edib.

“Reuters”in məlumatına görə, təyyarə uçuş zamanı qısa müddət ərzində təxminən 4,3 km kəskin eniş edib və fövqəladə siqnallar göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR