Bank Of Baku

HAMAS yeni liderini seçəcək, Xəlil əl-Hayya və Xalid Meşaal daha şanslıdır

Xalid Meşaal

© APA | Xalid Meşaal

# 13 yanvar 2026 18:29 (UTC +04:00)

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

APA xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters”ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters” Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR