İsrail Livanın paytaxtı Beyrutda “Hizbullah” hədəflərinə endirdiyi hava zərbələri barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb.
Bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr ABŞ-ın dəstəklədiyi atəşkəs rejimi fonunda “Hizbullah”ın İsrailin şimalına raket hücumuna cavab olaraq həyata keçirilib.