İsrail Hərbi Hava Qüvvələri səhər tezdən Livanın sərhədyanı ərazilərinə zərbələr endirib.
APA Al Mayadeen telekanalına istinadən xəbər verir ki, zərbələr Kfar Şuba bölgəsində və Əl-Taybə şəhəri yaxınlığındakı Əl-Uveys yüksəkliyinə endirilib.
Telekanalın məlumatına görə, İsrailin zərbələrinin hədəflərindən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit Əl-Qüds xüsusi təyinatlı qüvvələrininin keçmiş komandanı Qasım Süleymaninin abidəsi olub. Hücum nəticəsində Kfar-Killada ucaldılan iranlı generalın büstü zədələnib.