Fələstin Dövlətinin lideri Mahmud Abbas ABŞ Prezidenti Co Baydenlə telefon danışığından imtina edib.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.
Həmçinin qeyd olunub ki, Bayden İsraildə səfərdə olan zaman ABŞ rəsmiləri Prezidentlə Mahmud Abbas arasında dialoq təşkil etməyə çalışsalar da, Fələstin lideri bu müraciəti rədd edib.