PKK iyul ayının əvvəlində tədricən silahı yerə qoyacaq.
APA xəbər verir ki, bu barədə “Al Arabiyya” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, terror təşkilatının bir sıra üzvləri iyulun əvvəlində İraq Kürdüstanının Süleymaniyyə şəhərində silahsızlaşdırma mərasimi keçirəcək və tədricən bu cür tədbirlər davam edəcək.
Sözügedən proses, PKK-nın özünü buraxması ilə bağlı qərarı çərçivəsində təşkil ediləcək.