Bank Of Baku

KİV: Rusiyadan İrana gizli şəkildə 2.5 milyard dollar nağd vəsait göndərilib

KİV: Rusiyadan İrana gizli şəkildə 2.5 milyard dollar nağd vəsait göndərilib
# 06 fevral 2026 14:21 (UTC +04:00)

Rusiya İrandakı hökuməti dəstəkləmək üçün gizli şəkildə Tehrana 2.5 milyard dollar ötürüb.

APA xəbər verir ki, bu barədə “The Telegraph”da dərc olunan məqalədə deyilir.

Yazıda qeyd olunub ki, 2018-ci ildə 4 aydan çox müddətdə Rusiyanın dövlət bankı “Promsvyazbank” hər biri 57 və 115 milyon dollar həcmində olan nağd pullardan ibarət olan 34 paketi İran Mərkəzi Bankına göndərib.

Bildirilib ki, əskinasların çəkisi 5 tona yaxın olub.

“The Telegraph” Rusiya və İran arasında bu gün də oxşar proseslərin baş vermə ehtimalının olduğunu yazır.

“Nəzərə alsaq ki, İran Rusiyaya milyardlarla dollar dəyərində “Şahed-136” dronları və “Fəth-360” qısamənzilli ballistik raketləri tədarük edir”, - məqalədə qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR