Bank Of Baku

Liviyada səhra hospitalına aviahücum nəticəsində beş tibb işçisi ölüb

Liviyada səhra hospitalına aviahücum nəticəsində beş tibb işçisi ölüb
# 29 iyul 2019 00:35 (UTC +04:00)

 

Liviyanın paytaxtı Tripolinin cənubunda yerləşən səhra hospitalına avia zərbə endirilməsi nəticəsində beş tibb işçisi ölüb. 

APA “TASS”a istinadən xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, paytaxt hava limanına gedən yolda təchiz olunmuş səhra qospitalına havadan hücum edilib. Nazirliyinin nümayəndəsi əlavə edib ki, aviahücum nəticəsində  dörd həkim və bir tibbi bacısı həlak olub. Doqquz nəfər isə xəsarət alıb.

Bildirilib ki, hücum marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar tərəfindən həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR