Bank Of Baku

Mahmud Abbas Baydenlə görüşü ləğv edib

Mahmud Abbas  Baydenlə görüşü ləğv edib
# 17 oktyabr 2023 23:14 (UTC +04:00)

Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib.

Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi. Rəsmi mənbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb.

Qeyd edək ki, bu gün Qəzzada xəstəxana vurulub, yüzə qədər mülki şəxsin öldüyü bildirilir. Bu rəqəmin daha da artacağı ehtimal olunur. Xəstəxananı İsrailin vurduğu iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR