Bank Of Baku

Mahmud Abbas Blinkenlə görüşəcək

Mahmud Abbas Blinkenlə görüşəcək
# 12 oktyabr 2023 10:46 (UTC +04:00)

Fələstin Prezidenti Mahmud Abbas cümə günü ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş icraçı direktoru Hüseyn Əl-Şeyx bildirib.

Fələstin rəsmilərinin “X” platformasında Mahmud Abbasın İordanya kralı Abdullahla Ammanda görüşəcəyi barədə məlumat da paylaşılıb.

Məlumata görə, İordan çayının qərb sahilindəki Mahmud Abbasın Fatah partiyası və Qəzza zolağına nəzarət edən HAMAS yaraqlıları arasında dərin siyasi ayrılıq var.

Qeyd edək ki, Blinkenin HAMAS qarşı mübarizədə dəstək nümayişi məqsədilə yaxın saatlarda İsrailə gələcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR