İsrailin baş naziri Benyamin Netanyahu İsrailin müxalif siyasi bloku “Dövlət Düşərgəsi”nin liderlərindən biri, Knesset (parlament) üzvü Benni Qantsın iştirakı ilə ölkədə fövqəladə hökumət yaradıldığını elan edib.
APA-nın məlumatına görə, bu barədə o, xalqa televiziya ilə müraciəti zamanı bildirib.
“İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət yaratdıq. İsrail xalqı birdir və bu gün onun rəhbərliyi də birləşib”.