Bank Of Baku

Netanyahu: Qətərdə HAMAS liderlərinə hücum İsrailin müstəqil qərarıdır

İsrail Baş naziri Benyamin Netanyahu

© APA | İsrail Baş naziri Benyamin Netanyahu

# 15 sentyabr 2025 15:05 (UTC +04:00)

Amerikanın İsraildən, İsrailin də Amerikadan yaxşı müttəfiqi yoxdur.

APA xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında deyib.

Netanyahu bildirib ki, Rubionun səfəri ABŞ-ın İsrailə dəstəyinin aydın mesajıdır.

O, Trampı Ağ Ev tarixində İsrailin ən yaxşı dostu adlandırıb.

İsrail Baş naziri Qətərdə HAMAS liderlərinə hücum barədə də danışıb.

“Qətərdə HAMAS liderlərini bombalamaq qərarımız İsrailin müstəqil qərarı idi və hücuma görə bütün məsuliyyəti öz üzərimizə götürürük”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR