Bank Of Baku

Netanyahu Qəzza danışıqlarının davam etdirilməsi üçün Qətərə nümayəndə heyəti göndərir

İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu

# 02 yanvar 2025 23:27 (UTC +04:00)

İsrail nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün tezliklə Qətərə gedəcək.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, müvafiq əmri İsrailin Baş naziri Benyamin Netanyahu verib.

“Baş nazir Benyamin Netanyahu Mossad kəşfiyyat xidməti, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin əməkdaşlarının daxil olduğu peşəkar nümayəndə heyətinin Dohada danışıqları davam etdirməsinə razılıq verib”, - məlumatda deyilir.

Bildirilib ki, İsrail nümayəndə heyəti Qətərin paytaxtına yanvarın 3-də səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR