Bank Of Baku

Netanyahu: Qəzzada HAMAS-ı məğlub etmək vaxt aparacaq

İsrail Baş naziri Benyamin Netanyahu

© APA | İsrail Baş naziri Benyamin Netanyahu

# 16 oktyabr 2023 17:52 (UTC +04:00)

Qəzzada HAMAS-ı məğlub etmək vaxt aparacaq.

APA "ynet.co.il"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin qış sessiyasının açılışında çıxışı zamanı deyib.

“İsrailin müstəqilliyinin qurulmasından 75 il keçməsinə baxmayaraq, müstəqillik müharibəsi hələ də bitməyib. Bu, bizə qarşı olanlara qarşı qətiyyətli mübarizə anıdır. Məqsədimiz HAMAS üzərində tam qələbə qazanmaq, onun hakimiyyətini devirmək və İsrailə olan təhlükəsini birdəfəlik aradan qaldırmaqdır. Qələbə üçün şərtlər birlik və qətiyyətdir", - Netanyahu çıxışında vurğulayıb.

O, qalib gələcəklərinə əminliyini ifadə edib: “Biz qalib gələcəyik, çünki burada bizim varlığımız təhlükə altındadır”.

İsrail Baş naziri HAMAS-ı nasist Almaniyasına bənzədib və münaqişəni “işıqlı qüvvələrlə qaranlıq qüvvələr arasında, insanlıq və heyvanilik arasında müharibə” adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR