Bank Of Baku

Pakistan “Ababeel” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Ababeel” ballistik raketini uğurla sınaqdan keçirib
# 18 oktyabr 2023 20:57 (UTC +04:00)

Pakistan “Ababeel” (Əbabil) orta mənzilli ballistik raketini uğurla sınaqdan keçirib.

APA xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Sınaqlar regionda strateji sabitliyi gücləndirmək üçün nəzərdə tutulub. “Ababeel” raketinin texniki parametrlərini araşdırılıb”, - deyə qeyd olunub.

“Ababeel” qonşu Hindistanda raketlərin inkişafına cavab olaraq hazırlanıb.

Onun uçuş məsafəsi 2200 kilometrə qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR