Bank Of Baku

Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır

Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
# 10 iyul 2026 22:49 (UTC +04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında İslamabadın Tehran və Vaşinqton arasında münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə öz “X” hesabında məlumat verib.

Şərif qeyd edib ki, tərəflər bölgədəki son vəziyyəti müzakirə edib, gərginliyin azaldılması, dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

O, Pakistanın regionda davamlı sülhün bərqərar olması üçün bundan sonra da obyektiv və səmimi vasitəçi rolunu oynamağa hazır olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR